Əhmədinecad Kərbəla şəhidlərinə ağladı

Şiraz səfərini davam etdirən İran prezidenti Dr. Əhmədinecad, bu gün səhər yenə gözlənilmədən xalqın arasına qatılıb.

 

Şiraz Sarallah Aşiqləri Hüseyniyyəsinə gedərək, İmam Hüseynə matəm mərasimi təşkil edən qrupa qatıldı.

313nyusun Farsnyusa istinadlı xəbərinə görə, İran əyalət səfəri proqramı daxilində dünən Fars əyalətinin mərkəzi Şiraz şəhərini ziyarət edən Respublika başçısı Dr. Mahmud Əhmədinecad bu gün səhər, əyalətin idarəetmə işləri məsullarıyla görüşmədən əvvəl, sürpriz bir ziyarətlə Şiraz Sarallah Aşiqləri Hüseyniyəsində Şəhidlərin Seyyidi İmam Hüseyn üçün matəm mərasimi təşkil edən bir qrupa qatılaraq, mərsiyə dinləyib Kərbəla şəhidləri üçün gözyaşı tökdü.

Respublika başçısı Əhmədinecad daha sonra Fars əyaləti İcra etmə İşləri Məsullarını ziyarət edərək, daha əvvəlki Fars əyaləti səfərində alınan qərarlarda nə ölçüdə irəliləmə qeyd edildiyini araşdırdı.
 

313news.net

В этом разделе