Əfqanıstanda məsciddə partlayış: 5 ölü

Əfqanıstanın Kunduz əyalətinin eyniadlı şəhərində mərkəzi məscidin qarşısında partlayış baş verib. 

Terrorçu-kamikadzenin izdiham arasında özünü partlatması nəticəsində 5 nəfər ölüb, 7 nəfər yaralanıb. Əyalət polis idarəsinin məlumatına görə, terror aktı bu yaxınlarda öldürülmüş yüksək rütbəli dövlət məmurlarından birinin cənazə namazı zamanı baş verib. Ölən və yaralananların sayı dəqiqləşdirilir.

Terror aktına görə məsuliyyəti "Taliban" hərəkatı öz üzərinə götürüb.

ans

В этом разделе