Düşməni İrana möhtac oldu!!

İranın Kirman əyalətində şəhid və qazi ailələri ilə bir araya gələn respublika başçısı Ahmedinejad bu gün düşmənin İrandan kömək gözlədiyini açıqladı. Kirman əyalətinin şəhid və qazi ailələri ilə görüşən respublika başçısı Ahmedinejad, istikbar tərəfindən Səddam üzərindən söykədilən 8 illik döyüşün üzərindən keçən 21 ilə qarşı şəhid və qazi ailələrinin İran millətinin müqavimətinin simvolu olmağa davam etdiyini ifadə etdi.

Bir zamanlar İraq və Əfqanıstana müsəllət olmaqla əsas məqsədlərinin İran olduğunu açıqlayan düşmənlərin bu gün İrandan kömək ala bilmək üçün əllərini uzatdıqlarını yazan Ahmedinejad, düşmənlərin ictimai, siyasi və iqtisadi baxımdan tam bir çıxmaz içində olduqlarını və əsgərlərinin tamamilə qırılıb çökdüyünü vurğuladı.

Görüşmə əsnasında respublika başçısı Ahmedinejad Kirmanlı 18 şəhid ailəsini Milli nişanla şərəfləndi.

313news.net

В этом разделе