Azərbaycana edilən kiber hücum bizdən deyil- İran

Azərbaycanın dövlət və ictimai strukturlarının saytlarına haker hücumlarının İranla heç bir əlaqəsi yoxdur

Bu barədə Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri bildirib. Onun sözlərinə görə, bu cür məlumat Azərbaycan və İran münasibətlərinə zərər verir.

Haker hücumu yanvarın 16-da həyata keçirilib. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların, ictimai təşkilatların və KİV-in saytlarına haker müdaxilələri baş verib.

Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadənin əvvəl dediyinə görə, hazırda Rabitə Nazirliyi baş vermiş faktın ətraflı araşdırılmasını aparır və nəticələr əsasında beynəlxalq təcrübəyə əsasən müvafiq addımlar atacaq.

В этом разделе