Ali dini liderin dəftərxanası, SalamNews İnformasiya Agentliyinin Qarabağ münaqişəsi ilə bağlı mövqeyi öyrənmək üçün göndərdiyi sorğusuna cavab verib.
SalamNews İnformasiya Agentliyinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı ali dini rəhbər Ayətullah Xameneiyə ünvanladığı sorğusuna cavab verilib. Tehranın Azərbaycan xiyabanında yerləşən ali dini rəhbərin baş ofisi, SalamNews-un müxbirinə Qarabağ münaqişəsi ilə bağlı öz fətva və siyasi mövqeyini açıqlayıb.
"Ayətullah Xameneyinin Qarabağ məsələsində mövqeyi ilk gündən çox açıq və konkret olub. Qarabağ - müsəlman torpaqlarıdır. Onun azadlığı uğrunda ölənlər - şəhiddirlər. Qarabağı işğal etmiş separatçı rejimlə hər cür əlaqə qurmaq - haramdır və qanunla qadağandır. Bu, ilk novbədə bir fəqih kimi onun fətvasıdır. Bu fətva - şəriətin hökmüdür və bütün müsəlmanlırın mövqeyi belə olmalıdır.
Bu, həm də ölkə rəhbəri kimi onun siyasi mövqeyidir. Belə ki, separatçı rejimlə hər hansı əlaqə sübut olunarsa, bu barədə cinayət işi qaldırılmalıdır. Onu da bilmək lazımdır ki, bu mövqe heç vaxt dəyişməyəcək”, - sorğunun cavabında vurğulanıb. salamnews