Ayətullah Xameneyi: "Düşmənlər İran ilə diplomatik müharibədə məğlub oldular"

Ayətullah Xameneyi

İslam İnqilabının lideri ölkəsinin qalib gəldiyini bildirib

SalamNews-un “FarsNews”a istinadən verdiyi məlumata görə, bu barədə İran Ekspertlər Şurasının üzvləri ilə görüş zamanı İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xameneyi bildirib.

Onun sözlərinə görə, Qoşulmama Hərəkatının XVI Sammitinin Tehranda uğurla keçirilməsi düşmənlərin İranı təcrid etmək üçün göstərdikləri səylərin iflasa uğramasının bütün dünyaya nümayiş etdirib.

Vəliyyi-fəqih İranda ümumi vəziyyətin sabitləşməsindən razılığını ifadə edərək, bu məsələdə islamın böyüklüyünün təzahür etdiyini bildirib. Bununla belə, o, həll olunmamış problemlərin hələ də qaldığını sözlərinə əlavə edib.

Görüş zamanı İran Ekspertlər Şurasının XII iclasının nəticələrinə həsr olunmuş hesabat Ayətullah Seyid Əli Xameneiyə təqdim olunub.

В этом разделе