Ayətullah Xameneyi ölkəsinə müraciət etdi

Ayətullah Xameneyi

İranın ali dini lideri Somaliyə yardım edilməsini istəyib

İranın dini rəhbəri Ayətullah Seyyid Əli Xameneyi İran xalqına müraciət edib. Bu barədə 313news.net dini liderin informasiya blokuna (leader.ir) istinadən xəbər verir. Müraciətdə Ayətullah Xameneyi Somali xalqına yardım etməyin zəruri olduğunu bildirib. Müraciətdə deyilir:

"Bismillahir-Rəhmanir-Rəhim. Bu günlərdə Afrikanın şimal-şərq regionu, xüsusilə də müsibətə düçar olmuş Somali ölkəsi insanlığın başına gələ biləcək ən faciəli böhranla üz-üzə qalıb. Quraqlıq və qıtlığın, beynəlxalq təşkilatların bu məntəqədə baş verənlərə sükut və etinasızlıqla yanaşmasının nəticəsi olaraq, Somalidə milyonlarla müsəlman, özəlliklə də qadınlar və uşaqlar təhlükə altındadır.

Bu səbəbdən, eyni zamanda Ali Məqamlı Rəhbərin Somalidə qıtlıqdan əziyyət çəkən insanlara yardım edilməsinə göstərdiyi xüsusi diqqət və maraqdan çıxış edərək insansevər və müsəlman İran xalqını bu rəhmət və bərəkət ayında müsəlman Somali xalqına kömək etməyə, əllərindən gələn pul və qeyri-pul yardımlarını məsul orqanlar vasitəsilə Somalidə yaşayan insanlara çatdırmaq üçün tələsməyə dəvət edirik".

В этом разделе