Ayətullah Xameneyi əfv imzaladı

Ramazan bayramının əfvi 1218 nəfərə şamil olacaq

İranın ali dini lideri Ayətullah Xameneyi mübarək Ramazan bayramının yaxınlaşması ilə əlaqədar olaraq, Ümumi və İnqilab Məhkəmələri, Hərbi Tribunal və İqtisadi Cinayətlər Komitəsi tərəfindən mühakimə edilmiş 1218 nəfərin cəzasının əfv edilməsinə, yaxud yüngülləşdirilməsinə razılıq verdi.

Mübarək Ramazan bayramı ərəfəsində Məhkəmə Hakimiyyətinin sədri Ayətullah Amoli Laricani müvafiq tələblərə cavab verdikləri Əfv və Amnistiya Komissiyası tərəfindən müəyyən edilmiş 1218 məhkumun əfvi, yaxud cəzasının yüngülləşdiriləsi ilə əlaqədar dini rəhbərə məktubla müraciət etmişdi. Ayətullah Xameneyi məhkəmə hakimiyyəti sədrinin məktubunu müsbət cavablandırdı.

В этом разделе