Ayətullah Xameneinin 4-cü Qəzza konfransındakı çıxışı

İslam-Azerinin Velfecr saytına istinadlı xəbərinə görə, İslam İnqilabı Rəhbəri Ayətullah Xamenei, dünən səhər Tehranda başlayan 4-cü Fələstini Müdafiə Konfransında iştirak edən nümayəndələrə xitab olaraq etdiyi çıxışda Fələstin problemini müxtəlif yöndən həllini göstərərək, dünya müsəlmanlarını sionizmlə aktiv mübarizəyə çağırıb.
Ayətullah Xameneinin çıxışından bəzi hissələri sizə təqdim edirik.

‘Bismilləhir Rahmənir Rahim,
4-cü Fələstini Müdafiə Konfransında iştirak etmək üçün İran İslam Respublikasına gələn siz dəyərli qonaqlar, üləma, mütəfəkkirlər və siyasətçilərə xoş gəldiniz deyirəm.
Hicri-qəməri 15-17 Rəbbiül Əvvəl 1427 tarixlərində təşkil edilən əvvəlki konfransla bu konfrans arasındakı zamanda elə əhəmiyyətli və təyin edici hadisələr meydana gəldi ki, Fələstin məsələsindəki üfüqləri daha da işıqlandırmaqda və İslam dünyasının hələ təməl məsələsini meydana gətirən Fələstin qarşısındakı vəzifəmizi daha da dəqiqləşdirməkdədir.

Bu böyük hadisələrdən biri, Livandakı 33 günlük döyüşdə İsrailin İslami müqavimət qarşısında uğradığı hərbi və siyasi məğlubiyyət və digəri də sionist rejimin, Qəzzadakı 22 günlük döyüşdəki o qədər cinayətinə baxmayaraq, qanuni Fələstin hökuməti və Qəzza xalqı qarşısında gördüyü alçaldıcı məğlubiyyətdir.

Uzun illərdir Amerikanın hərbi və siyasi sayəsində sahib olduğu ordu və silahlarıyla qorxunc və məğlub olmaz bir çöhrəyə bürünən cinayətkar rejim, silah və təchizata arxalanmaq yerinə Allaha və xalqa arxalanan müqavimət gücləri qarşısında son dövrdə iki dəfə məğlubiyyətə uğramışdı.

Digər tərəfdən, tarixi Qəzza hadisəsi əsnasında sionistlərin işlədikləri cinayətlər, vətəndaşlara qarşı böyük qırğın, evlərin dağıdılması, körpələrin sinələrinin deşilməsi, ibtidai məktəblər və məscidlərin bombalanması, fosfor bombaları kimi qadağan olunmuş silahların istifadəsi, yemək, yanacaq və dərman kimi xalqın təməl ehtiyaclarının girişinin iki ilə yaxın bir müddətdir önlənməsi və daha nə qədər cinayətlər, süni sionist dövlətin başındakı idarəçilərin canı və vəhşi instinktlərinin, Fələstin faciəsinin başladığı dövrə nisbətlə əsla dəyişmədiyini göstərmiş olub, Deyr Yasin, Sabra və Şatilla qətliamlarındakı mərhəmətsizlik və yırtıcılıq, bu zamanda da eyni təfəkkürlə, eyni hegemonluqla eyni tağut ürəklərilə və eyni beyinlərlə suverenliyini davam etdirməkdədir. Fərq bundadır ki, bu gün texnoloji irəliləyişlərə arxalanan sionistlər cinayət sahələrini daha da genişlətmiş və faciənin ölçülərini artırmışdırlar.

В этом разделе