Ayətullah Xameneidən mesajlar...

İslam-Azeri.az internet qəzetinin İsra Xəbərə istinadlı xəbərinə görə İran İslam İnqilabının rəhbəri Ayətullah Seyyid Əli Xamenei Məbəs günü münasibətilə çıxış edib.
 İranın dövlət rəsmiləri ilə görüşən Ayətullah Xamenei: "İran xalqının düşmənləri, İranı xüsusilə də çirkin hədəflərinin reallaşmasının yolunda bir maneə olaraq görməkdədirlər. Bu vəziyyət İran xalqının və hökümətinin böyüklüyünün göstəricisidir" deyib.


İran İslam İnqilabının rəhbəri xarici qüvvələrin ölkədə ixtişaş yaratmaq məqsədilə KİV-lərdən istifadə etdiyini bildirərək, bu faktları inkar etmələrini də tənqid edib.


İran İslam İnqilabının rəhbəri İrandakı uğurların İslam təlimlərinə bağlı olduğunu bildirərək : "İndiyə qədər əldə edilən müvəffəqiyyətlər, İran xalqının İslam dininin təlimlərinə bağlı qalmasıyla reallaşmışdır. Son 30 ilə baxıldığı zaman, İran xalqının xoş niyyət və vəfalı olduğu görülür. Bu, seçki nəticələndirərinin açıqlanmasından sonra yaşanan hadisələrdə də müşahidə edilmişdir" -deyib.


Ayətullah Xamenei son günlər bəzi şəxslərin açıqlamalar vermələrini və xüsusi tələblərinə də işarə edərək: "Hər kəs nə söylədiyini bilməlidir. Danışmasını özünə vacib sayanlar susmağı səhv hesab etdiyi kimi, susması lazım olan zaman danışanlar vəzifə pozuntusu edirlər".


Nəzərinizə çatdıraq ki, bir müddət əvvəl sabiq prezident Xatəmi ölkədə referendum keçirilməsini tələb etmişdi.

İslam-Azeri.az


В этом разделе