İranın ali dini lideri dünən müctehidlərlə görüşməkdən ötrü ikinci dəfə müqəddəs Qum şəhərinə gəlib
ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən: Ayətullah Seyid Əli Xamenei dünən hörmətli müctehidlərlə görüşməkdən ötrü ikinci dəfə müqəddəs Qum şəhərində qısa müddətli səfərdə oldu. Ayətullah Xamenei Ayətullah Nuri Həmədani, Məkarim Şirazi və Cəfər Sübhani cənablarının evinə gedərək onlarla görüş keçirtdi.
Qeyd edək ki, ali dini lider özünün müqəddəs Quma etdiyi 10 günlük səfərində bir çox müctehidlər, alimlər və tələbələr rəhbərin öz qaldığı məkanda onunla görüş keçirmişdilər.