Ayətullah Xamenei: "İrqçi İsrail çöküşdədir"

Fələstinin öndə gələn təşkilatlarından biri olan “İslami Cihad”-ın idarə heyəti Tehranda səfərdədir.

İran İslam İnqilabının ali dini lideri Ayətullah Seyyid Əli Xamenei İslami Cihadın lideri Abdullah Ramazan Şallahı qəbul edib.

Ayətullah Xamenei Qəzzadakı müqavimətə işarə edərək deyib: “İsrailin güclü ordusu olmasına baxmayaraq Fələstinlilər qarşısında məğlub oldu. Hal hazırda Fələstin həyat, əzm, iradə, iman, cihad və izzətin simvoluna çevrilmişdir”.

Fələstinin gələcəyinin işıqlı olacağını da önə çəkən Ayətullah Xamenei deyib: "Mən, Fələstinin gələcəyi mövzusunda son dərəcə ümidliyəm və irqçi İsrail sürətli bir çöküşün içindədir. İnşallah bu rejim tezliklə məhv olacaqdır".

“İslami Cihad” lideri Abdulla Ramazan Şallahda İranın həmişə Fələstinlilərə dəstək verdiyinə görə İran xalqı və rəhbərliyinə təşəkkür edərək deyib: “Hər bir fələstinli İranın mövqeyini dəstəkləyir. İran Respublikası İslami olmasını sübut edir və batilə qarşı ön cərgədə olmaqla yanaşı məzlumlara da həmişə dəstəyini əsirgəməməkdədir”.


İslam-Azeri.az

В этом разделе