Ayətullah Vəhid Xorasani ikinci xəlifənin təhqir edilməsinə sərt reaksiya verib

Ayətullah Vəhid Xorasani

Ayətullah Vəhid Xorasani öz xaric dərsində bir qrup tələbələsinin ikinci xəlifə Öməri təhqir etməsinə sərt reaksiya verərək onları bu işdən uzaq olmağa çağırıb

Şahidlərin dediyinə görə, hadisə Ayətullahın dərs zamanı əhli-sünnət alimi Fəxr Razinin Təfsiri-Kəbir kitabından rəvayət etdiyi zaman baş vermişdir.  Zikr olunan rəvayətdə xəlifə Ömərin adını çəkdikdən sonra Fəxr Razinin təbirilə Allah ondan razı olsun deyən alim tələbələrinin bəzilərinin Öməri təhqir etdiyini eşitdikdə hirsli halda mən sizə deməmişəm ki, mənim dərsimdə bu sözlərdən uzaq olun deyib. /ahlibeyt.az/

В этом разделе