Ayətullah Sistani Əsədə "iqtidardan çəkil" deyib?

Dünya mətbuatında bu haqda müxtəlif fikirlər yayılıb

Bir müddət öncə İordaniya mediası İraqın ən nüfuzlu mərceyi-təqlidi olan Ayətullah Sistaninin Suriya prezidenti Bəşər Əsədə hakimiyyətdən çəkilməsini bildirdiyi haqda xəbərlər yaymışdı. Məlumata əsasən, Seyid Sistaninin xəbərdarlığı iranlı siyasətçilər tərəfindən Əsədə çatdırılıb.

Lakin İran mediası bu xəbəri təkzib edib. "Fars" xəbər agentliyi Bağdaddakı xüsusi müxbirinə istinadən bu xəbəri yalanlayıb. Belə ki, agentlik bildirib ki, Ayətullah Sistaniyə yaxın qaynaqdan müxbirə verilən məlumata əsasən, bu, dezinformasiyadır. Qaynaq bildirib ki, bəzi media orqanlarında Ayətullah Sistaninin guya bəzi siyasi məsələlərə müdaxilə etdiyi ilə bağlı verilən məlumatlar həqiqətə uyğun deyil.

Qeyd edək ki, bir neçə gün əvvəl Ayətullah Sistaninin ofisi media qurumlarında mərceyi-təqlid haqqında yayılan informasiyalarla bağlı bildiriş yaymışdı. Bildirişə əsasən, Ayətullah Sistaniyə nisbət verilən hər hansı bir məsələ, rəsmi ofis tərəfindən təsdiqlənməzsə, etibarsız sayılır.

В этом разделе