Ayətullah Seyyid Əli Sistani Ərəb Liqasının baş katibini qəbul etmədi

İraqın ən nüfuzlu din alimi baş katibə mənfi cavab verib

İraqda səfərdə olan Ərəb Liqasının baş katibi Nəbil əl-Ərəbi mərcei-təqlid Ayətullah Seyyid Əli Sistani ilə görüşmək istəyib ki, Ayətullah Sistani onun istəyini rədd edib-"ahlibeyt.az" xəbər verir.

Ayətullah Sistaninin nəyə görə əl-Ərəbini qəbul etmədiyini öyrənmək üçün onun dəftərxanası ilə əlaqə saxlayan müxbirlər, Ayətullah Sistaninin sıravi camaatı qəbul etdiyinə görə, xeyli məşğul olduğu cavabını alıblar.

Qeyd edək ki, Nəbil əl-Ərəbinin İraqa səfər etməsindən məqsəd İraq dövlətinin Ərəb Liqasının Suriyaya qarşı qəbul etdikləri sanksiyalara qoşulmasını təmin etməkdir.

В этом разделе