Ayətullah Safi Gülpayiqani: “İslam adət-ənənəsini dirçəldək ki, cahiliyyət yenidən qayıtmasın”

Ayətullah Safi Gülpayiqani öz dərsində buyurmuşdur: “Düşmənlər səy göstərirlər, çalışırlar ki, müxtəlif yollarla insanları yollarından azdırsınlar, islami və dini şəxsiyyətləri zəiflədilsin. Gərək İslami adət-ənənəni dirçəldək və yayaq ki, cahiliyyət müsəlmanların arasına qayıtmasın”.

O, sonra bildirmişdir: “Səfərlər insanı qəflətə salmamalıdır. Əks təqdirdə, insanlar Allaha ibadət etmək yerinə günaha batarlar. Bu səfər və gəzintilər gərək insan üçün dərs olsun. İnsanın şüur və fikri Allahla olsun. İslamdan əvvəl hər yeri cahiliyyət bürümüşdü. Peyğəmbər bu cahiliyyəti təkcə ərəblərin arasından aradan qaldırmamışdı, o, İslamı yaymaqla bütün ölkələrdə bu cahiliyyəti aradan qaldırmışdı. Dünya və onun üzərində gəzinti – İlahi nişanələrdəndir. Bu, bəsirət əhli olanlar üçün ibrətdir. Gecə və gündüz gəzintiləri gərək insana Allahı xatırlatsın, insanın Allah Təalaya olan elmini artırsın”.

/Deyerler.org/

В этом разделе