Ayətullah Muqtədayi: “Qum elmi hövzəsi Misirin Əl-Əzhəri ilə ünsiyyətə hazırdır”

Qum elmi hövzəsinin elmi rəhbəri deyir: “Qum elmi hövzəsi ilə “Camiyətul Əl-Əzhər” gərək əl-ələ verib, İslam düşmənləri qarşısında vahid bir cəbhə yaratsınlar”.

Qum elmi hövzəsinin elmi rəhbəri deyir: “Qum elmi hövzəsi ilə “Camiyətul Əl-Əzhər” gərək əl-ələ verib, İslam düşmənləri qarşısında vahid bir cəbhə yaratsınlar”.

Ayətullah Muqtədayi Misirin “Əl-Əhram” qəzetinə müsahibə verən zaman deyib: “Amerika və sionistlər ancaq ayrılıqda Əhli-Beyt (ə) davamçıları ilə Əhli-təsənnün davamçılarının düşməni deyildirlər. Onnlar İslamın əsası ilə müxalifdirlər. Bu böyük düşmənlərin qarşısında vahid bir səf yaratmaq zəruridir”.

O, deyir: “Əziz Peyğəmbər (s) İslamın əvvəllərində müsəlmanları qardaş adlandırmışdı. İndi sə biz hamımız gərək bir-birimizə qardaşlıq əli uzadaq. Bütün müsəlmanların xeyrinə olan işlər görək”.

“Camiyətul Mustafa” heyətinin rəhbəri Misirin nüfuzlu Əl-Əzhər universitetinə xüsusi ehtiram göstərdiyini bildirərək, dedi: “Bu müəssisəni bitirənlər mötədil alimlər hesab edilir. Onların əksəriyyətinin Əhli-Beyt (ə) məktəbini müdafiə edən kitabları vardır. Qum elmi hövzəsi Misirin Əl-Əzhər institutu ilə əlaqələrini gücləndirəcəyini və möhkəmlədəcəyini elan etmişdir. Hövzənin alimlərinin və mərcələrinin fiqh dərslərində Əhli-təsənnün alimlərinin nəzərləri də tədqiq edilir. Bəzi tədqiqatlara diqqət edən zaman məlum olmuşdur ki, düşmənlər Əhli-təsənnün davamçılarının sakin olduqları yerlərdə bu məzhəbi lənətləyən və təhqir edən broşüralar paylamışdılar. Bununla onlar Əhli-təsənnün davamçılarının Əhli-Beyt (ə) davamçılarına olan münasibətlərini bədbin etmək istəmişdilər. Elmi hövzənin alimləri də daima bu fitnələr haqda xəbərdarlıqlar verirlər”.


/Deyerler.org/

В этом разделе