Suriya dövlətinə müxalif bəzi ərəbdilli saytlar növbəti çirkin iftiralarından birini imza atıblar. Və bu iftirada Ayətullah Misbah Yəzdi livanlı şiə alimi kimi göstərilib.
313news-un ABNA-ya istinadən verdiyi xəbərə görə, "Suriyalı qaçqınların öldürülməsi üçün Livanlı alimdən yeni fətva" başlığı altında qoyulan xəbərdə deyilir: "Livanlı şiə alimi Ayətullah Misbah Yəzdi müqəllidləri tərəfindən ona verilən suala cavab olaraq, Suriya dövlət başçısı Bəşər Əsədin hökümət qüvvələrindən qaçaraq Livana sığınan Suriyalıların öldürülməsi üçün fətva verdi!"
Halbuki, Ayətullah Misbah Yəzdinin İranlı olduğunu və İranda yaşadığını hər kəs bilir. Bu günə qədər də bu fətva hər hansı bir yerdə nə deyilib, nə də yazılıb.
Yalan maşınına çevrilən Suriyaya müxalif ərəb saytları artıq nə edəcəklərini bilmirlər. Bu son yalan xəbərlər də onların nə dərəcədə çətin vəziyyətdə olduqlarını və dünya ictimaiyyətini aldadaraq vəziyyəti daha da gərginləşdirməkdən ötrü hər cür yalan və iftiraya əl ata biləcəklərini bir daha gün işığına çıxarmış oldu.
{img1}{img2}