Ayətullah Məkarim Şirazi: "Həcc mərasiminin ekskursiyaya çevrilməsi Allah evinə xəyanətdir"

Təqlid mərcəsi həcc təşkilatı ilə Mədəni miras müəssisəsinin birləşdirilməsinə reaksiya verərək, bildirdi: "Allah evinə ziyarət ilə səyahətin bir sıraya qoyulması dində Allah evinə xəyanət sayılır."

Ayətullah Nasir Məkarim Şirazi öz fiqh dərsinin əvvəlində həcc təşkilatı ilə Mədəni miras və ekskursiya müəssisəsinin birləşdirilməsinə işarə edərək, dedi: "Bu hərəkət ölçülməmiş bir hərəkətdir və hətta imamın dəftəri ilə əlaqələndirilməmiş həyata keçirilmişdir. Bütün bunlardan isə ən pisi odur ki, Mədəni miras müəssisəsi aydın keçmişi ilə Həcc və ziyarət təşkilatının rəisini dəyişdirdi, bu da hamının təəcübünə səbəb oldu”.

Ayətullah Məkarim Şirazi bildirir ki, Vəliyyi-Fəqihin nümayəndəsi həcc və ziyarət zamanı elan etmişdir ki, bu qərarın qanuni əsası yoxdur. Əlavə olaraq bildirmişdir: "Allahın evinin ziyarəti ilə səyahətin bir sıraya qoyulması dində Allah evinə xəyanət sayılır".

Hörmətli alim bildirdi: "Mən parlament nümayəndələrinə təklif vermişəm ki, gələcəkdə Həcc üçün bir nazirlik təyin edilsin. Vəqfləri də ona birləşdirsinlər və onun başında da bir alimi qoysunlar. Həcc yüz faiz ruhani proqramıdır. İslam dövlətləri həcc və ziyarət məsələlərinə daha çox əhəmiyyət verməlidirlər. Biz bu məsələ qarşısında sakit qala bilmərik və ümid edirəm ki, bu məsələ bir daha təkrar olmayacaqdır".

“Dəyərlər”


В этом разделе