"Mənim prezidentə təklifim budur ki, onu vəzifədən azad etmirsə, heç olmasa ölkədə birliyin qorunması üçün susmasını tələb etsin"
Əhmədinejadın müşaviri Məşşai xarici ölkələrin birində iranlılarla görüşdə dediyi: "İslam mövzusunda müxtəlif anlayışlar var. Amma İslamın və İranın həqiqəti İran təlimidir. O halda biz bundan sonra dünyaya İran təlimini tanıtmalıyıq" fikirlərini İranın çox nüfuzlu mərcei təqlid müctehidi Ayətullahül Üzma Məkarim Şirazi də sərt tənqid edib.
İslam-Azeri.az internet qəzetinin "Mehr" İnformasiya agentliyinə istinadən verdiyi xəbərə görə, şənbə günü təfsir dərslərindən sonra Ayətullahül Üzma Məkarim Şirazi İran prezident adminstrasiyasının rəhbəri Rəhim Məşşainin məlum fikirlərini düşünülməmiş deyilən sözlər adlandırıb.
Ayətullah Şirazi hökümətin güclü olmasının zəruriliyindən danışaraq Əhmədinejada Məşşailə bağlı belə məsləhət verib: "Mənim prezidentə təklifim budur ki, onu vəzifədən azad etmirsə, heç olmasa ölkədə birliyin qorunması üçün susmasını tələb etsin".
Qeyd edək ki, Ayətullahül Üzma Məkarim Şirazinin rəsmi saytında da bu xəbər yer alıb