Ayətullah Həmədani: Münazara, şiə-sünni əlaqələrinin güclənməsinə vəsilə olar

İslam dünyasının böyük alimlərindən Ayətullah Nuri Həmədani, İranın təqrib şurası üzvləri ilə görüşməsində Şiə və Sünni müsəlmanlar arasındakı ixtilafların həlli üçün ən yaxşı üsulun günahsız imamların(ə) izlədiyi üsul olduğunu açıqladı.

Düşmənlərin müsəlmanlar arasında ixtilaf salma səylərinə toxunan Ayətullah Nuri Həmədani, Şiə və Sünni müsəlmanlar arasında hər hansı bir ixtilaf ortaya çıxdığı təqdirdə bu vəziyyətdən ən çox düşmənlərin faydalanacağını vurğuladı.

Günahsız imamların(ə) hər vaxt Şiə və Sünni müsəlmanlar arasında qarşıdurmaya qarşı olduqlarını xatırladan Ayətullah Nuri Həmədani, günahsız imamların(ə) hər vaxt insanları münazaraya dəvət etdiyini və bunun müsəlmanlar arasında yaxınlığa vəsilə olacağını müdafiə etdiklərini qeyd etdi.
Media-islam.com

В этом разделе