Ayətullah Gülpayeqani: "Sosial şəbəkələrdən istifadə etmək haram deyil, əksinə, lazımdır"

İranın Qum şəhərində yaşayan nüfuzlu alim Ayətullah Gülpayeqani sosial şəbəkələrdən istifadə edilməsinə münasibət bildirib

SalamNews-un verdiyi xəbərə görə, Ayətullahın fətvası onun rəsmi saytında (http://www.saafi.net/fa/node/6685) yerləşdirilib.

Fətvada deyilir: "Virtual şəbəkələrdən istifadə etmək insanın əxlaq və əqidəsinə zərər verməzsə, orada dini dəyərləri təbliğ etmək mümkündürsə, haram deyil, əksinə lazımdır. Amma insanın əxlaq və əqidəsini sarsıdan saytlardan istifadə etmək haramdır. Möminlər virtual aləmdə bəzilərinin yalnış fikir və əqidə təbliğ etmələrinə qarşı, məhz bu vasitələrlə suallara və şübhələrə cavab verməli, Əhli- Beyt məktəbini təbliğ etməlidirlər. Bu sahədə mütəxəssis və alimlərdən yararlanmaq lazımdır".

В этом разделе