Ayətullah Əli Xamneyi ölümü ilə bağlı xəbərləri özü yalanlayıb

Xamneyi həmçinin oktyabrın 18-də ölkədə baş verən terror aktını pisləyib və bu işdə əli olanların tapılıb cəzalandırılacağını deyib İran İslam respublikasının ali dini lideri Ayətullah Əli Xamneyi ölkənin dövlət televiziyası ilə çıxış edərək ölümü ilə bağlı yayılan şayələrə aydınlıq gətirib. 71 yaşlı Xamneyi həmçinin oktyabrın 18-də ölkədə 60 nəfərin ölümü ilə nəticələnən terror aktını pisləyib. O baş verən terror aktında əli olanların tapılıb cəzalandırılacağını deyib. Xamneyinin sözlərinə görə, düşmənlər İran xalqının birliyini ram edə bilməyəcək. Qeyd edək ki, BMT-nin baş katibi Ban Ki Mun da baş verənləri ciddi mühakimə edib. /anspress/

В этом разделе