AvroRƏM radarını Türkiyədə yerləşdirərək, düşmənlərimiz etiraf edirlər ki, bu, İrana qarşı yönəlib – Əhmədinejad

"Xarici hərbi qüvvələrin mövcudluğu region ölkələri arasında ziddiyyətlərin yaranmasına səbəb olacaq və onları biri-birindən uzaqlaşdıracaq".

Bunu Küveyt jurnalistləri ilə görüşündə İran prezidenti Mahmud Əhmədinejad bildirib.

Onun sözlərinə görə, Qərb ölkələri regionda və dünyada öz siyasətlərini apararaq, dövlətlər arasında təfriqə yaradırlar.

SalamNews-un verdiyi xəbərə görə, M.Əhmədinejad deyib: "İran öz növbəsində bu prosesin qarşısının alınmasına səy göstərir. Mən bütün regionun bütün ərəb ölkələrinə səfər etdim və onlara dostluq əlini uzatdım. İran ərəb dövlətlərinə dostluq və əməkdaşlıq təklif edir. Biz regionun ərəb ölkələrinə qarşı dostluq siyasəti yürüdülməsinin tərəfdarıyıq".

İran prezidenti AvroPRO radarının Türkiyə ərazisində quraşdırılması məsələsinə toxunaraq bildirib: "İran Türkiyəyə dost və qardaş dövlət kimi yanaşır. Lakin düşmənlərimiz bu ölkədə RƏM radarı yerləşdirirlər və bunun İrana qarşı yönəlməsini bəyan edirlər, sayıqlığı itirmək olmaz".

В этом разделе