Amerikanın İraqı tərk etməsi bu ölkənin tarixindəki qızıl səhifələrdən biridir-Ayətullah Xameneyi

İranın ali dini lideri Bərzani ilə görüşüb

İslam Respublikasının ali dini lideri Ayətullah Xameneyi İraq Kürdüstanı Muxtariyyətinin prezidenti Məsud Barzani ilə  baş tutan görüşü zamanı hal-hazırda İraqda sabitlik və müstəqilliyin bərqərar olunmasına toxunaraq vurğulayıb: “İraqdakı bütün məzhəb və etnosların Amerikanın təzyiqlərinə qarşı birgə müqaviməti, işğalçı hərbçilərin hüquqi toxunulmazlığı əleyhinə aparılan mübarizə və sonda Amerikanın İraqı tərk etmək məcburiyyətində qalması bu ölkənin tarixindəki qızıl səhifələrdən biridir”.

Dini lider əlavə edib: “ABŞ-ın İraqdakı hərbi və siyasi mövcudluğuna, ölkəyə göstərdiyi təzyiqlərə baxmayaraq, kürdlər, ərəblər, sünnilər və şiələr daxil olmaqla bütün İraq Amerikaya “Yox!” dedi. Bu isə çox mühüm bir məsələdir”.

Seyyid Əli Xameneyi həmçinin İraqın bütövlüyünü dəstəklədiyini bildirib.

В этом разделе