Ali dini liderin səlahiyyətləri azaldılacaq-Rəfsəncani

Ayətullah Rəfsəncaninin oğlu Mehdi Rəfsəncani ABŞ qəzetinə şok açıqlamalar verib

313news.net-in "Fars" xəbər agentliyinə istinadlı xəbərinə görə, ABŞ-ın "USA today" qəzetinə açıqlama verən Ayətullah Haşimi Rəfsəncaninin oğlu Mehdi Rəfsəncani maraqlı fikirləri ilə yadda qalıb. O bildirib ki, atası Amerika ilə münasibətləri stabilləşdirmək istəyir və bununla da İranın problemləri həll ediləcəkdir. Rəfsəncani atasının növbəti seçkilərdə namizəd olmaq istəmədiyini, lakin xalqın ona yenidən ehtiyac duyduğunu deyib.

Rəfsəncani ölkənin ali dini lider rütbəsi ilə bağlı da maraqlı açıqlamalar verib. O deyib ki, atası prezident seçilsə, konstitusion dəyişikliklər aparacaq və ali dini liderin səlahiyyətlərini azaldacaq. Ali dini lider İngilətərə kralı kimi formal bir rütbəyə çevriləcək.

В этом разделе