ABŞ İranın Mərkəzi Bankına qarşı sanksiyalardan imtina edib - İran mətbuatı

Səudiyyə Ərəbistanının Vaşinqtondakı səfiri Adil Əl-Cubeyrəyə qarşı İranın sui-qəsdə cəhdi ilə bağlı ajiotaj fonunda ABŞ İranın Mərkəzi Bankına qarşı sanksiyalar verməkdən imtina edib

SalamNews-un ''FarsNews''a istinadən verdiyi xəbərə görə, İran tərəfi bu addımın neftin qiymətində balansın pozulması nəticəsində dünya iqtisadiyyatına, o cümlədən, ABŞ iqtisaadiyyatına ciddi zərər dəyməsinin qarşısını almaq üçün atıldığnı, həm də başqa ölkələrin bu təşəbbüsə qoşulmaması sanksiyaların səmərəliliyini aşağı salacağını bildirib.

Bir sıra ABŞ eksperti İranın Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edilməsinin "çox cürətli addım adlandıraraq", bunun ABŞ-ın başqa dövlətlərlə münasibətlərinə mənfi təsir göstərəcəyini deyib.

В этом разделе