5 min atom bombası olan ABŞ, həyasızcasına İranı günahlandırır-Əhmədinejad

İran prezidenti MAQATE-ni "ikili standartlar"da günahlandırıb

İran prezidenti Mahmud Əhmədinejad ölkəsinə qarşı yönələn nüvə iddialarını növbəti dəfə rədd edib. O bildirib ki, ölkəsi ona qarşı yönələn hədələri dəf etmək üçün nüvə silahına ehtiyac duymur: "ABŞ İran xalqının qarşısında yer almaq istəyirsə, İran xalqının verəcəyi cavaba hazır olmalıdır".

313news.net-in məlumatına görə, İslam Respublikasının prezidenti bildirib ki, İrana qarşı yönələn iddiaları heç bir şəkildə qəbul etməyəcək: "5 min atom bombası olan Amerika həyasızcasına İran nüvə silahı əldə etməkdə günahlandırır".

Əhmədinejad statistik rəqəmlərə də müraciət edib: "İran ildə nüvə enerjisi sahəsi üçün 250 milyon dollar ayırır. ABŞ isə atom bombalarını təkminləşdirmək üçün büdcədən 81 milyard dollar vəsait ayırır. Bütün bunlar kimin təklükəli olduğunu göstərir? İranın yoxsa atom bombası saxlayanların?".

İran prezidenti həmçinin bildirib ki, MAQATE ABŞ və digər təhlükəli nüvə dövləti haqqında indiyədək bir dənə də olsun hesabat hazırlamayıb.

В этом разделе