30 il əvvəl İslam inqilabını da "ABŞ-ın ssenarisi" adlandırırdılar- Ayətullah Xameneyi

"İslam imperiyalizmlə mübarizə deməkdir"

İranın ali dini lideri Ayətullah Seyid Əli Xameneyi ölkənin XİN və səfirlərinə ünvanlandığı nitqdə, bölgədə baş verən bir sıra məsələrə toxunub. O, bildirib ki, səfirlərin işi diplomatik xarakter daşımaqdan daha da artıq İslam nizamını təmsil etməkdir. 313news.net-in "tevhidhaber"ə istinadlı məlumatına görə, dini lider nitqində İran xalqının 30 illik inkişafının İslamla nə dərəcədə əlaqədar olduğu məlum olduğunu qeyd edib: "İran xalqının seçdiyi sistem İslam əsaslarına söykənərək təhsilli gənclərin səyləri ilə nüvə nano texnologiyalara yiyələnib və bu sahələrdə inkişafa nail olub. Bu şəxslər iftixarla Bəsic üzvü olduqlarını bildirirlər".

Ərəb ölkələrində baş verən inqilablara işarə edən Xameneyi bildirib: "İran xalqının şüarları indi 30 ildir bu millətə düşmənlik edən ölkələrdə yüksəlir".

İranın rəhbəri bölgədəki inqilabları ABŞ-ın ssenarisi üzrə baş verməsini tamamilə rədd edib: "Bəziləri Amerikanın bu hərəkatları idarə etdiklərini düşünürdülər. Necə ki, 30 il əvvəl İran İslam İnqilabı haqqında da belə deyirdilər".

Ayətullah Xameneyi bildirib ki, qərb mediyaları da bölgədəki seçkilərdə islamçıların qalib gəldiyini təsdiq edir. Bu isə hərəkatların İslami mahiyyət daşıdığını sübut edir.

В этом разделе