Gilad Şalitin İsrail tərəfinə təhvil verilməsi müqabilində 1000 fələstinli məhbusun sərbəst buraxılacağı gözlənilir.
Misirin paytaxtı Qahirədə İsrail və HƏMAS nümayəndələri arasında əsir mübadiləsinə dair danışıqların müsbət nəticələnəcəyi bildirilir. Misir mətbuatı G.Şalitin Qurban bayramından əvvəl sərbəst buraxılacağı təqdirdə İsrail tərəfinin Fələstinin “əl-Fəth” təşkilatının liderlərindən olan Mərvan Barquti də daxil olmaqla 1000-ə qədər fələstinlini sərbəst buraxacağını yazıb.
Mətbuatda dərc olunan xəbərlərdə Misir və Almaniyanın vasitəçiliyi ilə davam edən danışıqlarda müəyyən detallar istisna olmaqla ortaq məxrəcə gəlindiyi bildirilir. Fələstinli mənbələrin bildirdiyinə görə, sərbəst buraxılacaq Fəth liderləri arasında M.Barquti ilə yanaşı, Fələstin Xalq Azadlıq Cəbhəsinin Baş katibi Əhməd Səadət də var.
Razılaşmanın ilk mərhələsində Şalitin Misir tərəfinə təhvil verilməsi, İsrailin də bunun əvəzində 450-ə qədər fələstinli əsiri sərbəst buraxması nəzərdə tutulur. Şalitin Misirdən İsrailə təhvil veriləcəyi zaman isə daha 650 fələstinli əsirin sərbəst buraxılması planlaşdırılır.
/haber3/
/AzeriMuslims/
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016