Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı

313news-un nazirliyin saytına istinadən verdiyi xəbərdə deyilir: “Yaxın günlərdə - Qərb KİV-ində məlumat “sızmalarından” sonra ABŞ Dövlət Departamenti bizimlə nəşrolunma tarixini dəqiqləşdirməyə vaxt tapmayaraq, sənədlərin bir hissəsini öz rəsmi saytında yerləşdirmişdir. Biz də öz tərəfimizdən həmin sənədlərin rus dilində olan mətnini yerləşdiririk”.

Bundan əlavə, Rusiya XİN-i ABŞ-ı Birgə Koordinasiya Mərkəzinin mandatı da daxil olmaqla, bütün sənədlər qovluğunu təqdim etməyə razı olmağa çağırmışdır.

Rəsmi Moskva ümid edir ki, ABŞ həm İŞİD, ən-Nüsrə Cəbhəsi və mülayim müxalifət qrupları tərəfindən nəzarət edilən ərazilərə, həm də ən-Nüsrə Cəbhəsi ilə mülayim müxalifət qrupları arasında dəqiq sərhəd çəkmək barədə verdiyi sözü yerinə yetirəcək.

Bir daha təkrar edirik, terrorçularla mülayim davranıb onları boş buraxmaq heç vaxt xeyirlə nəticələnməyib”, - deyə xəbərdə qeyd edilir.

Xatırladaq ki, sentyabr ayının 23-də Assoşetid Press (ing. Associated Press) agentliyi Rusiya ilə ABŞ arasında Suriya barədə razılaşmanın mətnini dərc etmişdi.

В этом разделе