![](/up/news/article/thumb_felestinxerite.jpg)
Mətbuatda dərc olunan xəbərlərdə Misir və Almaniyanın vasitəçiliyi ilə davam edən danışıqlarda müəyyən detallar istisna olmaqla ortaq məxrəcə gəlindiyi bildirilir. Fələstinli mənbələrin bildirdiyinə görə, sərbəst buraxılacaq Fəth liderləri arasında M.Barquti ilə yanaşı, Fələstin Xalq Azadlıq Cəbhəsinin Baş katibi Əhməd Səadət də var.
Razılaşmanın ilk mərhələsində Şalitin Misir tərəfinə təhvil verilməsi, İsrailin də bunun əvəzində 450-ə qədər fələstinli əsiri sərbəst buraxması nəzərdə tutulur. Şalitin Misirdən İsrailə təhvil veriləcəyi zaman isə daha 650 fələstinli əsirin sərbəst buraxılması planlaşdırılır.
/haber3/
/AzeriMuslims/