313news.net eastnews.org-a istinadən xəbər verir ki, bu gün səhər saatlarında Yəmən ordusu Səudiyyə Ərəbistanın Əsir vilayətində yerləşən hərbi bazasında “Zilzal 3” tipli ballistik raket atıb.
Ballistik raket Əsir vilayətinin cənubunda yerləşən Dəhran hərbi bazasında yerləşən quru qoşunlarının baş qərargahına endirilib.
Yəmən ordusu “Zilzal 3” ballistik raketinin hədəfi dəqiqliklə məhv etdiyini, Səudiyyə ordusunda texnika və canlı qüvvənin məhv edildiyini bildirib.
Qeyd edək ki, 2015-ci ilin mart ayından etibarən Səudiyyənin Yəmənə təcavüzü nəticəsində minlərlə uşaq həyatını itirib, on minlərlə uşaq isə yaralanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yəmən əhalisi gündəlik təlabat malları və tibbi yardım almaqda çətinlik çəkir. Blokada səbəbindən ölkəyə tibbi ləvazimat və qida məhsularının girişi məhdudlaşdırılıb. Hələ də dünya ictimaiyyəti Səudiyyə Ərəbistanının Yəməndəki uşaq qətllərinə (bir neçə ölkə xaric) səssiz qalmaqda davam edir.