Xaxam Ovadya Yosef: Yəhudi olmayanlar heyvan hökmündədir

İsrailin öndə gələn xaxamlarından Ovadya Yosef, yayınladığı yeni fətvalarında Yəhudi olmayanların heyvan hökmündə olduğunu və onlarla hər cür əlaqənin haram olduğunu ifadə edib.

İslam-Azerinin YDH-yə istinadlı xəbərinə görə,
Benyamin Netanyahu liderliyində qurulması gözlənilən koalisiya hökumətinin ortaqları arasında iştirak edəcək olan Şas Partiyasının da ruhani lideri olaraq tanınan Xaxam Ovadya Yosef, özünə aid internet saytında soruşulan suallara bağlı fətvalar verib.

Fars xəbər agentliyinin xəbərinə görə Xaxam Ovadya Yosef, İbranicə yayınlanan internet saytında Yəhudi olmayanların "Goyim" (bir növ xidmət heyvanı) hökmündə olduğunu və onlarla qurulacaq hər cür əlaqənin də haram olduğunu ifadə edir.

Xaxam Ovadya Yosefin saytında yerləşən bəzi yeni fətvalar da belədir:
Sual: Təyyarələrdə və ya digər ölkələrdə Yəhudi olmayanlar (Goyim) tərəfindən çıxarılan yemək və içki maddələrini istifadə etmək caizdirmi?

Cavab: Ümumiyyətlə Yəhudi olmayanlar tərəfindən çıxarılan yemək və içki məhsullarının istifadə edilməsi haramdır. Ancaq Yəhudilərlə Yəhudi olmayanların əlaqələrinin çox olduğu günümüz dünyasında Yəhudi olmayanlar tərəfindən çıxarılmış olsa da Yəhudilik tərəfindən haram olmayan şeylərin yeyilməsi və ya içilməsi caizdir. Bununla birlikdə bunların istifadə edilməsində bir zərurət yoxdursa istifadə etmələri caiz deyil.

Sual: Yəhudilərin məscidlərə və ya kilsələrə getməsi caizdirmi?

Cavab: Yəhudilərin Yəhudi olmayanların ibadət məkanlarına getməsi mütləq surətdə haramdır. Yəhudilərin Xristianların kilsələrinə və ya digər dinlərin ibadetgahlarına getmələri haramdır, Ərəblərin və Müsəlmanların ibadetgahları olan məscidlərə getmək isə xüsusilə və daha şiddətli bir haramdır. Bu cür məkanlara buraları gəzmək və araşdırmaq qəsdiylə gedilməsi də caiz deyildir.

Sual: Yəhudi olmayan bir məhkəməyə müraciət müraciət etmək caizdirmi? Bunun hökmü nədir?

Cavab: Hər nə şərt altında olursa olsun Yəhudi olmayan (Goyim) bir mühakimin hökmünə, hətta o hakim Tövratın hökmüylə hökm verəcək olsa belə müraciət etmək caiz deyil. Yəhudi olmayan bir hakim nəzdində açılan iddiada Yəhudi olmayan mühakimin verdiyi hökmə iki tərəf də razı olsa belə bunların ikisi də Həzrəti Musanın Tövratını ayaqlar altına almış bir günahkar və lənətlənmişdirlər. Çünki Yəhudilik dininin kitabının heç bir yerində "Goyim"ə müraciətdən danışılmamışdır.

Sual: İsrail əsgərlərinin silahlı olaraq sinagoglara girib ibadət etmələri caizdirmi?

Cavab: Bəzi xaxamların fətvasına görə silahlı olaraq dua və ibadət etmək haram olsada bizə görə Müsəlmanlarla döyüş halında olduğumuz mövcud şərtlərdə dini ibadətləri yerinə yetirmək üçün sinagoglara silahlı olaraq girmək caizdir. Amma silahını başqalarının görməyəcəyi şəkildə paltarının altına saxlamaq daha yaxşıdır.

1920-ci ildə İraqın Bəsrə şəhərində dünyaya gələn İsrailin qabaqda gələn xaxamlarından Ovadya Yosef, Şas Partiyasının ruhani lideri olaraq bilinir.

İslam-Azeri.az

В этом разделе