İslam-Azerinin
YDH-yə istinadlı xəbərinə görə,
Benyamin Netanyahu
liderliyində qurulması gözlənilən koalisiya hökumətinin ortaqları arasında
iştirak edəcək olan Şas Partiyasının da ruhani lideri olaraq tanınan Xaxam
Ovadya Yosef, özünə aid internet saytında soruşulan suallara bağlı fətvalar
verib.
Fars xəbər
agentliyinin xəbərinə görə Xaxam Ovadya Yosef, İbranicə yayınlanan internet
saytında Yəhudi olmayanların "Goyim" (bir növ xidmət heyvanı) hökmündə
olduğunu və onlarla qurulacaq hər cür əlaqənin də haram olduğunu ifadə edir.
Xaxam
Ovadya Yosefin saytında yerləşən bəzi yeni fətvalar da belədir:
Sual: Təyyarələrdə
və ya digər ölkələrdə Yəhudi olmayanlar (Goyim) tərəfindən çıxarılan yemək və
içki maddələrini istifadə etmək caizdirmi?
Cavab:
Ümumiyyətlə Yəhudi olmayanlar tərəfindən çıxarılan yemək və içki məhsullarının
istifadə edilməsi haramdır. Ancaq Yəhudilərlə Yəhudi olmayanların əlaqələrinin
çox olduğu günümüz dünyasında Yəhudi olmayanlar tərəfindən çıxarılmış olsa da Yəhudilik
tərəfindən haram olmayan şeylərin yeyilməsi və ya içilməsi caizdir. Bununla birlikdə
bunların istifadə edilməsində bir zərurət yoxdursa istifadə etmələri caiz
deyil.
Sual: Yəhudilərin
məscidlərə və ya kilsələrə getməsi caizdirmi?
Cavab: Yəhudilərin
Yəhudi olmayanların ibadət məkanlarına getməsi mütləq surətdə haramdır. Yəhudilərin
Xristianların kilsələrinə və ya digər dinlərin ibadetgahlarına getmələri
haramdır, Ərəblərin və Müsəlmanların ibadetgahları olan məscidlərə getmək isə
xüsusilə və daha şiddətli bir haramdır. Bu cür məkanlara buraları gəzmək və
araşdırmaq qəsdiylə gedilməsi də caiz deyildir.
Sual: Yəhudi
olmayan bir məhkəməyə müraciət müraciət etmək caizdirmi? Bunun hökmü nədir?
Cavab: Hər
nə şərt altında olursa olsun Yəhudi olmayan (Goyim) bir mühakimin hökmünə, hətta
o hakim Tövratın hökmüylə hökm verəcək olsa belə müraciət etmək caiz deyil. Yəhudi
olmayan bir hakim nəzdində açılan iddiada Yəhudi olmayan mühakimin verdiyi hökmə
iki tərəf də razı olsa belə bunların ikisi də Həzrəti Musanın Tövratını ayaqlar
altına almış bir günahkar və lənətlənmişdirlər. Çünki Yəhudilik dininin
kitabının heç bir yerində "Goyim"ə müraciətdən danışılmamışdır.
Sual:
İsrail əsgərlərinin silahlı olaraq sinagoglara girib ibadət etmələri caizdirmi?
Cavab: Bəzi
xaxamların fətvasına görə silahlı olaraq dua və ibadət etmək haram olsada bizə
görə Müsəlmanlarla döyüş halında olduğumuz mövcud şərtlərdə dini ibadətləri
yerinə yetirmək üçün sinagoglara silahlı olaraq girmək caizdir. Amma silahını
başqalarının görməyəcəyi şəkildə paltarının altına saxlamaq daha yaxşıdır.
1920-ci
ildə İraqın Bəsrə şəhərində dünyaya gələn İsrailin qabaqda gələn xaxamlarından
Ovadya Yosef, Şas Partiyasının ruhani lideri olaraq bilinir.
İslam-Azeri.az