Suriya Xarici İşlər Nazirliyi Türkiyə ordusunun ağır toplarla Latakiya bölgəsindəki Utayra dağına zərbələr endirdiyini, bunun nəticəsində mülki vətəndaşların xəsarət aldığını açıqlayıb.
Suriyanın rəsmi dövlət agentliyi "Sana"nın verdiyi xəbərə görə, Suriya XİN-indən adı açıqlanmayan bir mənbə Türkiyə ordusunun Latakiyaya atəş açması nəticəsində xeyli mülki vətəndaşın xəsarət aldığını bildirib.
313news Sputniknews-a insinadən xəbər verir ki, sözügedən mənbə Türkiyənin hücumunu beynəlxalq hüquq normativlərinin açıq-aşkar pozulması və Suriya mülki vətəndaşlarına qarşı törədilmiş cinayət olaraq dəyərləndirib.
Türkiyədən Suriyanın dövlət suverenliyinə və xalqına təşkil etdiyi hücumları sonlandırmağı tələb edən mənbə eyni zamanda beynəlxalq qanunlara və prinsiplərə hörmətlə yanaşılmasını istədiklərini bildirib.
Müəllif: Qafar Əhmədov