İsrailin Baş Naziri Benyamin Netanyahu fələstinliləri, Qərb sahilində yəhudi məskənləri tikilməsinə qoyulan qadağanın aradan qalxmasına baxmayaraq, sülh danışıqlarını davam etdirməyə çağırıb.
10 aylıq qadağanın son günü verdiyi bəyanatında o, Fələstin lideri Mahmud Abbasdan "tarixi" razılaşma üçün danışıqları davam etdirməyi xahiş edib. Saatlar sonra buldozerlərin iki tikilidə işlərə başladığı barədə xəbər verilib. Cənab Abbas isə xəbərdarlıq edib ki, tikintilərin dondurulması davam etməsə sülh danışıqları "boş vaxt itkisi" olacaq. Tikinti işləri İsrail mediasının verdiyi xəbərə görə, buldozerlər şimali Qərb Sahili ərazisindəki Ariel məskənində 50 evin tikintisi üçün torpağı qazmağa başlayıblar. Ancaq yəhudilərin Sukkot bayramına görə, tikinti işlərinin səngiyəcəyi bildirilir. Qüds yaxınlığındakı Adam məskənində də tikintilərə başlandığı xəbər verilir. Bu arada isə ABŞ bir daha İsraili tikintilərə başlamamağa çağırıb. Vaşinqton deyib ki, onun bu məsələ ilə bağlı mövqeyi dəyişməz qalır və ABŞ Dövlət Departamenti bütün tərəflərlə sıx ünsiyyəti davam etdirir.В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016