Livan liderləri Seyyid Xamenei ilə məsləhətləşir

"İslam inqilabının lideri Ayətullah Seyyid Əli Xameneyinin müasir İslam haqqında düşüncələri” adı altında konfrans Livanın paytaxti Beyrut şəhərində açıq elan edilmişdir.

İslam-Azeri.az İnternet Qəzetinin "Press TV"-ə istinadən verdiyi xəbərə görə, Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah konfransın açılışında çıxış edərək, son iki onillikdə İranın inkişafında İslam inqilabının liderinin danılmaz rollarından bəhs etmişdir.

Livan müqavimət hərəkatının lideri bildirib ki, son on illikdə Yaxın Şərqin strateji əhəmiyyətli torpaqlarını nəzarət altına almaq istəyən ABŞ və onun müttəfiqlərinə qarşı mübarizəyə Ayətullah Xamenei rəhbərllik etmişdir.

Konfransda yüzlərlə ziyalı, müsəlman həmçinin xristian alimləri iştirak edib və Ayətullah Xameneinin rəhbərliyi altında yaradılmış, insanı dəyərlərə əsaslanan dövlət haqqında öz fikirlərini bildirmişlər.

Ekspertlərin fikrincə, Beyrutda keçirilən bu konfrans İslamı İranda bir model kim qələmə verərək regionda və dünyada İslama müsbət fikirlərin oyanmasına kömək edir. İnqilab, regionda və bütün dünyada dövlətlərin intelektual azadlığı və dözümlülüyü vasitəsilə suverenliyə nail olmasıdır.

В этом разделе