Qəzzada keçirilən aksiyada dustaqların tezliklə azad olunması tələb edilib
İsrail həbsxanalarında saxlanan fələstinli dustaqların ailələri Qəzzada etiraz aksiyası keçiriblər və dustaqların tezliklə azad olunmasını tələb ediblər. Qeyd edək ki, «Həmas»la İsrail arasında əsirlərin dəyişdirilməsi ilə bağlı Misirdə aparılan danışıqlar bir neçə gün əvvəl nəticəsiz başa çatıb. «Həmas» əsir götürülmüş İsrail əsgəri Gilad Şalitin azadlığa çıxacağı təqdirdə, İsraildən 1200 fələstinlini sərbəst buraxmağı tələb edir. Lakin İsrail yalnız 450 əsiri azad etməyə razı olub.
Rəsmi məlumata görə, hazırda İsrail həbsxanalarında 8 min fələstinli dustaq var. «Həmas» qruplaşmasının rəhbəri İsmail Haniyə isə hələ də rəsmi Təl-Əvivlə danışıqların davam etdirilməsi üçün perspektivlərin mövcud olduğunu desə də, İsrailin baş naziri Ehud Olmert «Həmas»ın tələblərinin həddən artıq böyük olduğunu bildirib.
/ANS TV/
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016