Yaxın şərq » İsrail həbsxanalarında saxlanan fələstinli dustaqların ailələri etiraz aksiyası keçirib
Qəzzada keçirilən aksiyada dustaqların tezliklə azad olunması tələb edilibİsrail həbsxanalarında saxlanan fələstinli dustaqların ailələri Qəzzada etiraz aksiyası keçiriblər və dustaqların tezliklə azad olunmasını tələb ediblər. Qeyd edək ki, «Həmas»la İsrail arasında əsirlərin dəyişdirilməsi ilə bağlı Misirdə aparılan danışıqlar bir neçə gün əvvəl nəticəsiz başa çatıb. «Həmas» əsir götürülmüş İsrail əsgəri Gilad Şalitin azadlığa çıxacağı təqdirdə, İsraildən 1200 fələstinlini sərbəst buraxmağı tələb edir. Lakin İsrail yalnız 450 əsiri azad etməyə razı olub.
Rəsmi məlumata görə, hazırda İsrail həbsxanalarında 8 min fələstinli dustaq var. «Həmas» qruplaşmasının rəhbəri İsmail Haniyə isə hələ də rəsmi Təl-Əvivlə danışıqların davam etdirilməsi üçün perspektivlərin mövcud olduğunu desə də, İsrailin baş naziri Ehud Olmert «Həmas»ın tələblərinin həddən artıq böyük olduğunu bildirib.
/ANS TV/



Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!