İordan çayının qərb sahilində tikinti işlərinə rəhbərlik edən Dani Dayan bildirib ki, tikinti işləri davam etdiriləcək
İsrailin baş naziri Benyamin Netanyahunun İordan çayının qərb sahilində tikinti işlərinin 10 ay müddətində dayandırılması barədə çıxardığı qərar yerli əhali arasında narazılığa səbəb olub. İordan çayının qərb sahilində tikinti işlərinə rəhbərlik edən Dani Dayan bildirib ki, baş nazirin qərarına baxmayaraq tikinti işləri davam etdiriləcək. Tikinti işlərinin davam etdirilməsini təkid edən yəhudilər İsrail polisi ilə toqquşub. Polis bir neçə nəfəri həbs edib. İsrail hərbiçiləri qanunsuz tikntini dayandırmaqdan ötrü sahibkarların bəzi tikinti texnikasını müsadirə edib. İsrail baş naziri Benyamin Netanyahunun tikintini dayandrmağa isə beynəlxalq təzyiqlər vadar edib.
Lakin onun atdığı bu addım Yaxın Şərqdə sülh prosesində heç bir canlanma yaratmayıb. Çünki fələstinlilər yalnız İordan çayının qərb sahilində deyil o cümlədən şərqi Qüdsdə də tikinti işlərinin dayandırılmasını tələb edirlər. Bu arada isə İsrailin iknci kanalı dəhşətli bir cinayətin video görüntülərini yayımlayıb. Video görüntüdə İsrail vətəndaşının hərbiçilər tərəfindən güllələnmiş fələstinlinin üzərindən bir neçə dəfə Mersedes markalı avtomobili lə keçəməsi göstərilir. Hadisə zamanı ərazidə İsrail hərbiçilərinin olmasına baxmayaraq onlar müdaxilə etməyiblər. Qeyd olunan İsrail vətəndaşının həyat yoldaşı bir müddət əvvəl fələstinli tərəfindən bıçaqlanaraq qətlə yetirilib. İki İsrail qadınınını bıçaqlayan fələstinli hazırda yaralı halda xəstəxanadadır. /anspress/
В этом разделе
- Beyrutda hökumətin istefası tələbi ilə etiraz aksiyası keçirilib7 Августа, 2020
- Səudiyyə Yəmənin əl-Couf əyalətinə şiddətli aviazərbələr endirib, 19 qadın və uşaq ölüb6 Августа, 2020
- Həşdi Şabi qüvvələrinə rəsmi olaraq polis və ordu ilə eyni səlahiyyətlər verildi2 Декабря, 2016
- Türkiyənin dəstəklədiyi müxaliflərin Dabiq əməliyyatı başladı15 Октября, 2016
- "İraqdan çəkilməsəniz əsgərlərinizin cəsədlərini toplayacaqsınız"12 Октября, 2016
- Suriya ordusu şərqi Qutada uğurla irəliləyir28 Сентября, 2016
- Rusiya XİN-i ABŞ-la Suriya haqqında əldə edilmiş razılaşmanın mətnini yayımladı28 Сентября, 2016
- Yəmən ordusu Səudiyyə hərbi bazasına “Zilzal 3” ballistik raketi atdı24 Сентября, 2016
- Hələbdə dinc sakinlərin ölməsi haqda yayılan xəbərlər informasiya müharibəsidir - TƏFƏRRÜAT24 Сентября, 2016
- Bağdadda Real Madrid tərəfdarlarına hücum - ölən və yaralananlar var.14 Мая, 2016