Yaxın şərq » İsrail baş nazirinin tikintinin təxirə salınması barədə qərarı tətbiq olunmur
İordan çayının qərb sahilində tikinti işlərinə rəhbərlik edən Dani Dayan bildirib ki, tikinti işləri davam etdiriləcəkİsrailin baş naziri Benyamin Netanyahunun İordan çayının qərb sahilində tikinti işlərinin 10 ay müddətində dayandırılması barədə çıxardığı qərar yerli əhali arasında narazılığa səbəb olub. İordan çayının qərb sahilində tikinti işlərinə rəhbərlik edən Dani Dayan bildirib ki, baş nazirin qərarına baxmayaraq tikinti işləri davam etdiriləcək. Tikinti işlərinin davam etdirilməsini təkid edən yəhudilər İsrail polisi ilə toqquşub. Polis bir neçə nəfəri həbs edib. İsrail hərbiçiləri qanunsuz tikntini dayandırmaqdan ötrü sahibkarların bəzi tikinti texnikasını müsadirə edib. İsrail baş naziri Benyamin Netanyahunun tikintini dayandrmağa isə beynəlxalq təzyiqlər vadar edib.

Lakin onun atdığı bu addım Yaxın Şərqdə sülh prosesində heç bir canlanma yaratmayıb. Çünki fələstinlilər yalnız İordan çayının qərb sahilində deyil o cümlədən şərqi Qüdsdə də tikinti işlərinin dayandırılmasını tələb edirlər. Bu arada isə İsrailin iknci kanalı dəhşətli bir cinayətin video görüntülərini yayımlayıb. Video görüntüdə İsrail vətəndaşının hərbiçilər tərəfindən güllələnmiş fələstinlinin üzərindən bir neçə dəfə Mersedes markalı avtomobili lə keçəməsi göstərilir. Hadisə zamanı ərazidə İsrail hərbiçilərinin olmasına baxmayaraq onlar müdaxilə etməyiblər. Qeyd olunan İsrail vətəndaşının həyat yoldaşı bir müddət əvvəl fələstinli tərəfindən bıçaqlanaraq qətlə yetirilib. İki İsrail qadınınını bıçaqlayan fələstinli hazırda yaralı halda xəstəxanadadır. /anspress/


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!