İraqlı azyaşlı qıza təcavüz edib sonra öldürən ABŞ hərbçisi edam olunacaq


İraqda 2006-cı ilin mart ayında Abir Qasım əl Cənabi adlı azyaşlı qızı zorlayıb sonra onun 5 yaşlı bacısı da daxil olmaqla bütün ailəsini öldürən və cinayətin izlərini silmək üçün onları yandıran Stiven Deyl Qrin mühakimə edildiyi məhkəmə tərəfindən təqsirli bilinib.

Kentski region məhkəməsində aprelin 27-də başlayan mühakimə prosesində 17 ayrı cinayətdən təqsirli bilinən Qrin edama məhkum olub. Qeyd edək ki, daha əvvəl ordudan qovulduğu üçün Stiven Deyl Qrin mülki məhkəmədə mühakimə olunub.


ANS PRESS


В этом разделе