Yaxın şərq » İraqlı azyaşlı qıza təcavüz edib sonra öldürən ABŞ hərbçisi edam olunacaq

İraqda 2006-cı ilin mart ayında Abir Qasım əl Cənabi adlı azyaşlı qızı zorlayıb sonra onun 5 yaşlı bacısı da daxil olmaqla bütün ailəsini öldürən və cinayətin izlərini silmək üçün onları yandıran Stiven Deyl Qrin mühakimə edildiyi məhkəmə tərəfindən təqsirli bilinib.

Kentski region məhkəməsində aprelin 27-də başlayan mühakimə prosesində 17 ayrı cinayətdən təqsirli bilinən Qrin edama məhkum olub. Qeyd edək ki, daha əvvəl ordudan qovulduğu üçün Stiven Deyl Qrin mülki məhkəmədə mühakimə olunub.


ANS PRESS


Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!