Rusiya Qafqazda xüsusi əməliyyat keçirdi

Rusiya silahlı qüvvələrinin xüsusi birlikləri Qafqazda keçirdiyi əməliyyat nəticəsində 13 nəfər öldü

FaktXəbərin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, İnquşetya başçısı Yunusbek Yevkurova təşkil edilən terror hücumundan sonra, Rusiya xüsusi birlikləri bölgədəki əməliyyatlarını sürətləndirib. Həftə sonunda reallaşdırılan əməliyyatlarda Çeçenistanda 8, Dağıstanda da 5 nəfər öldürülüb. 

Rusiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada Çeçenistanın paytaxtı Qroznıda polisin bir maşını dayandırmaq istədiyi, lakin maşından atəş edilməsi zamanı baş verən qarşıdurmada 3 terrorçunun öldüyü ifadə edilir. Nazirlik, Qroznının fərqli iki bölgəsində baş verən hadisələrdə də 5 terrorçunun öldüyünü qeyd edib. 

Çeçenistanın qonşu respublikası Dağıstanda oxşar bir maşını dayandırmaq istəyən polisə atəş açıldığı, bu zaman baş verən qarşıdurmada vasitədə olan beş adamın da öldüyü ifadə edilir.

В этом разделе