FaktXəbərin Rusiya mənbələrinə istinadən verdiyi məlumata görə, İnquşetya başçısı Yunusbek Yevkurova təşkil edilən terror hücumundan sonra, Rusiya xüsusi birlikləri bölgədəki əməliyyatlarını sürətləndirib. Həftə sonunda reallaşdırılan əməliyyatlarda Çeçenistanda 8, Dağıstanda da 5 nəfər öldürülüb.
Rusiya Daxili İşlər Nazirliyindən verilən açıqlamada Çeçenistanın paytaxtı Qroznıda polisin bir maşını dayandırmaq istədiyi, lakin maşından atəş edilməsi zamanı baş verən qarşıdurmada 3 terrorçunun öldüyü ifadə edilir. Nazirlik, Qroznının fərqli iki bölgəsində baş verən hadisələrdə də 5 terrorçunun öldüyünü qeyd edib.
Çeçenistanın qonşu respublikası Dağıstanda oxşar bir maşını dayandırmaq istəyən polisə atəş açıldığı, bu zaman baş verən qarşıdurmada vasitədə olan beş adamın da öldüyü ifadə edilir.