İslamazeri.az-ın "Shafaqna"ya istinadən verdiyi xəbərə görə, bir qrup misirli aktivist əhalisinin əksəriyyəti əhli-sünnə olan ölkələrdə şiəliyin yayılmasının qarşısını almaq məqsədi ilə "Şiəliklə Mübarizə Mərkəzi" adlı təşkilat açıb.
Yeni qurulmuş bu mərkəz, Şiəlik etiqadını, fikri və siyasi aspektlərini araşdırıb bu məzhəbin əksəriyyəi sünni ölkələrdə yayılmasının qarşısını almaq üçün tədbirlər görməyi qarşısına məqsəd qoyub. "Şiəliklə Mübarizə Mərkəzi"nin yayımladığı ilkin bəyanatda bunlar qeyd olunub: "Şiələrin əhli-sünnə ölkələrində yayılmasının qarşısını almaq məqsədilə açdığımız bu mərkəzdə Şiəlik məzhəbini dəqiq bir şəkildə araşdırıb, səbəblərini ortaya qoyaraq bunlarla doğru şəkildə mübarizəyə başlayacağıq.
Şiəliyin əleyhinə olan mütaliə və araşdırmalardan sonra, yazılı və görüntülü dərslər hazırlayıb, şiəliklə mübarizə üsullarını izah edəcəyik. İnsanları maarifləndirmək və xüsusilə gəncləri nəzərdə tutan müxtəlif konfranslar təşkil edəcəyik."