Türkiyə bir müddət əvvəl Fransaya qarşı qəbul etdiyi bütün sanksiyaları ləğv edib
Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Parisdə səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.
Qeyd edək ki, Ankara-Paris münasibətləri Fransa Senatının qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sonra pozulmuşdu.
Lakin sonra ölkənin Konstitusiya Məhkəməsi bu qanunu ləğv edən qərar vermişdi.