Dünyada » Rəsmi Ankara Fransaya qarşı bütün sanksiyaları ləğv etdi

Türkiyə bir müddət əvvəl Fransaya qarşı qəbul etdiyi bütün sanksiyaları ləğv edib

Trend-in "TRT Haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə cümə axşamı Parisdə səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib.

Qeyd edək ki, Ankara-Paris münasibətləri Fransa Senatının qondarma erməni soyqırımının inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etdikdən sonra pozulmuşdu.

Lakin sonra ölkənin Konstitusiya Məhkəməsi bu qanunu ləğv edən qərar vermişdi.

Все права сохранены © Dünya xəbərləri! Analitik-informasiya portalı

Перепубликация материалов возможна только с устного или письменного разрешения администрации сайта!