ABŞ prezidenti Barak Hüseyn Obamanın kiçik qardaşı Corc Obama İstanbuldakı Sultan Əhməd Camesində namaz
qılıb.
Türkiyə firmalarından birinin təmsilçiliyini alan C.Obama “Haberturk”ə şok açıqlamalar verib. O,
namazda bütün müsəlman dünyası üçün dua etdiyini deyib, ailəsinin müsəlman əsilli
olduğunu vurğulayıb: “4 yaşlı qızımın adı da Fatimədir”.
C.Obama
“Barak Obama müsəlmandırmı?” – sualına “hazırda elə vəziyyətdədir ki, bəlkə də
fərqli hərəkət edir, amma Barak Obamanın daxili müsəlmandır”, - şəklində cavab
verib.
Qardaşından uzun illərdir, ayrı yaşadığını xatırladan C.Obama sabah Türkiyədən ayrılacağını deyib. O,
avtomobil yağı istehsal edən “NNT” şirkətinin təmsilçiliyini alıb: “Türk
mallarını Afrikada tanıtmaq, yaymaq istəyirəm. Barak Obamaya da nümunə göndərəcəyəm”.
Qeyd edək ki, C.Obama
hazırda Keniyada yaşayır. LENT.AZ